Judo.ru.tc

Judo Azərbaycan
 
AnasayfaAxtarİstifadəçi siyahısıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Tbilisidən 1 qızıl və 1 bürünc medal...

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Dan
Dan


İsmarıc sayı : 21
Təcrubəsi : 60
Reputation : 0
Qeydiyyat tarixi : 29/01/11

Yeni mövzuMövzu: Tbilisidən 1 qızıl və 1 bürünc medal...   C.a. Fev. 03, 2011 12:39 am

Dünya Kubokunun birinci günündə -60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz- İlqar Müşkiyev məqsədinə nail olaraq 1-ci yerə çıxıb və qızıl medal qazanıb.
Beləliklə, ilk qarşılasmasında Ivanyan Qriqor (Ermənistan) üzərində inamlı qələbə qazanan cüdoçumuz İlqar Müşkiyev ardıcıl olaraq Magers Adrejs (Latviya) və Asumbani David (Gürcüstan) ilə də mübarizədən qalib ayrılaraq finala vəsiqə qazanıb. Finalda isə Kossayev Yerkebulanı (Qazaxstan) məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə sayəsində İlqar Müşkiyev London-2012 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün aktivinə daha 100 lisenziya xalı yazdırıb.
Təəssüf ki, yarışın ilk günü tatami üzərinə çıxmış digər 11 cüdoçumuz məğlubiyyətlə barışmalı olublar.
Dünya kubokunun ikinci günündə medal qazanmaq isə cüdoçularımızdan yalnız Elxan Rəcəbliyə (81 kq) nəsib olub. E.Rəcəbli yarışmaya çox uğurla başllayıb. İlk 3 qarşılaşmasında Ghiviniaşvili Paata (Gürcüstan), Savinov Viktor (Ukrayna) və Ovcinnikovs Konstantins (Latviya) üzərində təmiz qələbə xalı ilə vaxtından əvvəl inamla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Tçrikişvili Avtandil olub. Gərgin keçmiş görüşdə hər iki idmançı “Vazari” xalı qazanıb. Lakin son olaraq gürcü idmaçısının işlətdiyi fənd hakimlər tərəfindən “İppon”-la qiymətləndirilib və idmançımız bu qarşılaşmadan məğlub ayrılaraq finala vəsiqəni təmin edə bilməmiş, əvəzində son həlledici görüşdə bürünc medal qazanmaq şansını qazanmışdır. Bu imkandan maksimum yararlanmış E.Rəcəbli Qazaxstan təmsilçisi Bozbayev İslama qarşı baş tutmuş son həlledici görüşdə qələbə qazanaraq Dünya Kubokunun bürünc medalını qazanıb.
Medal qazanmağa çox yaxın olmuş digər təmsilçimiz Ramin Qurbanov (-90 kq) isə bu imkandan sonadək yararlana bilməyib. İlk qarşılaşmasında İemelianov Oleksii (Ukrayna) üzərində cəmi 33 saniyyə ərzində təmiz qələbə ilə qalib gəldikdən sonra növbəti yarımfinala çıxış görüşündə Sıtımov Azamata (Rusiya) məğlub olub. Bununla belə bürünc medal qazanmaq uğrunda təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanan R.Qurbanov bu mərhələdə ilk olaraq gürcü Quruli Laşaya qalib gəlib. Lakin bürünc medal uğrunda son həlledici görüşdə digər Rusiya təmsilçisi Omarov Abdula məğlub olaraq yarışı 5-ci yerdə başa vurub.
Beləliklə, 29-30 yanvar 2011-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində keçirilmiş Dünya Kubokunda Azərbaycan Milli yiğma komandası İlqar Müşkiyevin (-60 kq) qızıl, Elxan Rəcəblinin (-81 kq) isə bürünc medalı, eləcə də Ramin Qurbanovun (-90 kq) 5-ci və Sain Məmmədovun (-100kq) 7-ci yeri sayəsində 22 komanda arasında Rusiya (2-1-5), Gürcüstan (2-1-1), Ukrayna (1-2-2) və Qazaxstan (1-1-1) millilərindən sonra 5-ci yeri tutub.

_________________
ADMİN

JUDO.RU.TC
Əvvələ qayıt Aşağa gitmek
http://judo.fanbb.net
 
Tbilisidən 1 qızıl və 1 bürünc medal...
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Judo.ru.tc :: Xəbərlər :: Azərbaycan xəbərləri-
Keç: