Judo.ru.tc

Judo Azərbaycan
 
AnasayfaAxtarİstifadəçi siyahısıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Azərbaycanda cüdonun inkişaf tarixi və respublikamızda Cüdo Federasiyasının yaranması

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Dan
Dan


İsmarıc sayı : 21
Təcrubəsi : 60
Reputation : 0
Qeydiyyat tarixi : 29/01/11

Yeni mövzuMövzu: Azərbaycanda cüdonun inkişaf tarixi və respublikamızda Cüdo Federasiyasının yaranması   B.e. Fev. 14, 2011 4:15 pm

1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr - Rəhim İsmayılov -16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildən Fizuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir. 22 noyabr 1972-ci ildə respublikamızda ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar “Dinamo”, “Burevestnik”, “Lokomotiv”, “Vodnik” cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayır. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak edirlər. Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov, 1973-cü ildə isə Ukraynanın Fiadosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarına Zair Məmmədov, Tərlan Həsənov və Rauf Şəfiyev də iştirak ediblər. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov, Cərulla Şinqarov, Səməd Şəhniyarov - bu mütəxəssislər Azərbaycanın ilk cüdo məşqçiləri sayılırlar. İlk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası Qüdrət Pəncəliyev, ilk əməkdar idman ustası adına isə Nazim Hüseynov layiq görülüb. Respublikanın ilk əməkdar məşqçisi Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar məşqçisi adını isə Ağayar Axundzadə alıb. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinova olmuşdur. İlk ümumittifaq dərəcəli hakim adını Rauf Şəfiyev, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov olmuşlar. Keçmiş SSRİ birinciliklərinin ilk qalib və mükafatçıları Ələkbər İsmayılov (1975-qızıl), Sahib İsmayılov (1972 - bürünc), Ənvər Əhmədov (1982 - gümüş) olmuşlar. Fərhad Rəcəbli Azərbaycan cüdoçuları arasında İlk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazanıb. O 1978-ci ildə Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülmüşdü.

_________________
ADMİN

JUDO.RU.TC
Əvvələ qayıt Aşağa gitmek
http://judo.fanbb.net
 
Azərbaycanda cüdonun inkişaf tarixi və respublikamızda Cüdo Federasiyasının yaranması
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Judo.ru.tc :: Judo :: Judo haqqında-
Keç: